Türkiyənin ilk milli müdafiə raketi “HİSAR”-ın ilk sınaq atışı

Türkiyənin ilk milli müdafiə raketi “HİSAR” Aksaraydakı ilk sınaq atışını uğurla tamamlayıb.

626390
Türkiyənin ilk milli müdafiə raketi “HİSAR”-ın ilk sınaq atışı
yerli füze hisar'ın testi.jpg

Türkiyənin ilk milli müdafiə raketi “HİSAR” Aksaraydakı ilk sınaq atışını uğurla tamamlayıb.

ASELSAN və ROKETSAN tərəfindən buraxılan “HİSAR”-ın Aksaraydakı atış sınağını Milli Müdafiə naziri Fikri İşık da izləyib.

Sınaq mərhələsindəki “HİSAR” alçaq və orta hava müdafiə sahəsində  dünyada dünyadaki örnəkləri ilə yarışacaq xüsusiyyətə sahibdir.

Nazir İşık uğurla tamamlanan atış sınağından sonra Türk mühəndislərini alqışlayaraq təbrik edib.

Komanda nəzarət mərkəzinə 11 km aralıqdakı raket atışı sahəsini də tədqiq edən Fikri İşık açıqlama verərək deyib ki, güclü müdafiə sistemlərinə sahib olsaq heç bir ölkə ölkəmizə pis gözlə baxa bilməz. Buna inanıram ki, biz bu sahədə uğurlu olarıq və həm də daha yaxşılarını istehsal edərik.

Nazir müdafiə sistəmlərini milli və yerli imkanlarla inkişaf etdirməyin vətən borcu olduğunu vurğulayaraq deyib ki, kritik sistemlərin  inkişaf etdirilməsi Türkiyə üçün yeganə yoldur. Dost bildiyimiz bəzi ölkələr kiçik bir problemlə üzləşdiyimiz zaman dərhal embarqo qoyma, məhdudiyyət qəbul etmə kimi tədbirlərə müraciət edirlər. Buna görə bütün kritik texnologiyalara sahib olma, onları inkişaf etdirmə və dünyanın bu sahədə nadir ölkələrindən biri olma hədəfimiz var.



Әlaqәli Xәbәrlәr