Şimal Buzlu okeanda temperatur normadan 20 dərəcə çoxdur
Tədqiqatçılar bu vəziyyəti Şimal qütbündəki buz kütləsinin nazikləşməsi və cənubdan güclü küləklərlə gələn isti hava ilə əlaqələndirirlər.

ABŞ tədqiqatçıları Şimal Buzlu okeanın böyük hissəsində temperaturun normal dəyərlərdən 20 dərəcə çox olduğunu bildirdilər.
Tədqiqatçılar bu vəziyyəti Şimal qütbündəki buz kütləsinin nazikləşməsi və cənubdan güclü küləklərlə gələn isti hava ilə əlaqələndirirlər.
Danimarka Meterologiya İnstitutunun keçən həftə 80 dərəcə şimal enliyində həyata keçirdiyi ölçmələrində temperaturun normalda mənfi 25 dərəcə olması lazım olarkən, mənfi 5 dərəcə olaraq müəyyən olundu.
Norveç Şimal Universitetinin professoru, iqlim tədqiqatçısı Grete Hovelsrud qütblərdəki iqlim dəyişikliklərinin elm adamlarının proqnozlarından daha böyük miqyasda və sürətlə baş verdiyini bildirərək: "Görülməsi vacib olan bir şey var. O da atmosferə istixana qazlarının buraxılmasını dayandırmaqdır" dedi.
Әlaqәli Xәbәrlәr

Dünyanın ən böyük aysberqi hərəkətlənib
Dünyanın ən böyük aysberqi 30 ildən çox okeanın dibində ilişib qaldıqdan sonra hərəkətlənib.