14 noyabr – Dünya Diabet Günü

Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir.

610061
14 noyabr – Dünya Diabet Günü

BMT-nin baş katibi Pan Gi Munun 14 noyabr – Dünya Diabet Günü ilə əlaqədar müraciəti yayılıb.

Müraciətdə bildirilir ki, diabet bütün dünyada görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir, əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması səbəbindən diabet ildən-ilə daha çox yayılmış xəstəliyə çevrilir.

Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir. Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailələrin büdcələrinə və ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.  

Müraciətdə son 35 il ərzində diabet xəstələrinin sayının iki dəfə artdığı, ən çox artım isə az və orta gəlirli ölkələrdə baş verdiyi vurğulanır.

BMT-nin baş katibi müraciətində deyib ki, bu beynəlxalq gündə hamımızı “Diabeti gözdən qoymayaq!” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Diabetin profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirmək lazımdır ki, bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin.



Әlaqәli Xәbәrlәr