Türkiyə sümük iliyi köçürülməsi sahəsində Avropada 4-cü yerdədir

Türkiyədə qan və ilik köçürülməsini gözləyən xəstə qalmayıb.

601258
Türkiyə sümük iliyi köçürülməsi sahəsində Avropada 4-cü yerdədir

Türkiyədə qan və ilik köçürülməsini gözləyən xəstə qalmayıb.

Qan və Sümük İliyi Köçürmə Dərnəyinin baş katibi Prof. Dr. Mehmet Əli Ərkut Türkiyədə son illərdə sümük iliyi köçürülməsi sahəsində nəhəng addımlar atıldığını bildirərək qan və ilik köçürülməsini gözləyən xəstə qalmadığını söyləyib.

Türkiyənin ildə 4 min sümük iliyi köçürülməsi ilə Avropada 4-cü yerə çıxdığını ifadə edən Ərkut ölkə xaricində də xəstələrin sağlık turizmi çərçivəsində ölkəyə gələrək sümük iliyi transplantasiyası olduğunu qeyd edib.

Kök hüceyrə  köçürülməsi sahəsində donor olmağın daşıdığı əhəmiyyətə diqqət çəkən Ərkut xəstələrə qeyri-qohum donor tapılması məqsədi ilə qurulan “TÜRKKÖK” layihəsində qeydiyyatda olan donor sayının kifayət səviyyəyə çatacağı halda ölkə xaricinə ehtiyac qalmayacağını söyləyib.

Prof. Ərkut keçmişdə sümük iliyi əməliyyatı ilə donordan qan köçürüldüyünü, ancaq artıq kök hüceyrə toplamağın, qan almaq kimi basit bir işlə mümkün olduğunu xatırladıb. “İnsanlar artıq donor olmaqdan qorxmamalıdır, hərkəsi donor olmağa dəvət edirəm”-deyə Ərtuk vurğulayıb.



Әlaqәli Xәbәrlәr