Dünya səviyyəli tibbi ədəbiyyata Türk imzası atıldı

205 bölümdən ibarət dərsliyin  40 ölkədən 483 müəllifi vardır.

584176
Dünya səviyyəli tibbi ədəbiyyata Türk imzası atıldı

Dünyanın ali tibb ocaqlarının fakültələrində mənbə kimi istifadə ediləcək "Ginekoloji Onkologiya" (Textbook of Gynaecologıcal Oncology) dərsliyi Türk elm insanlarının redaktorluğu ilə nəşr olundu.
 
 Beləliklə, tibbi ədəbiyyata Türk imzası atıldı.
 
 Avropa Ginekoloji Onkologiya Dərnəyinin (ESGO) sədr müavini dosent  Murad Gültəkin Türkiyədə tibb sahəsində çox dəyərli alimlərin olduğunu və bu şəxslərin xaricdə çox mühüm tədqiqatlara imza atdığını, bir sıra layihəyə rəhbərlik etdiyini bildirdi.
 
 Tibb əməliyyatları, əhəmiyyətli kliniki işlərlə yanaşı, tibb sahəsinə aid dərsliklər və ədəbiyyatların yazılmasında da uğurların əldə edildiyini ifadə edən Gültəkin bununla əlaqədar şərəf və qürur hissi keçirdiklərini vurğuladı.
 
 Türk elm insanlarının redaktoru olduğu, ginekologiya sahəsində diaqnozdan müalicəyə və yeni yanaşmalara qədər bütün mövzuların əks olunduğu kitab barədə danışan Gültəkin: " 205 bölümdən ibarət dərsliyin  40 ölkədən 483 müəllifi vardır. 1700 səhifəlik kitab həm keyfiyyət, həm kəmiyyət baxımından sahəsininin ən əhatəli kitabıdır" dedi.



Әlaqәli Xәbәrlәr