Elon Muskun "Planetlərarası Nəqliyyat Sistemi” layihəsi

Elon Maskın (Elon Musk) sahibi olduğu "SpaceX” şirkəti yeni kosmik gəmini və raketi təqdim edib.

578683
Elon Muskun "Planetlərarası Nəqliyyat Sistemi” layihəsi

Kosmik gəmi və raket ikisi bir yerdə "Planetlərarası Nəqliyyat Sistemi” (Interplanetary Transport System) adını götürüb və Mars planetinin kolonizasiyası üçün adamların ora çatdırılmasını reallaşdıracaq.

Maskın sözlərinə görə o, 80 gün ərzində 100 nəfər insanı Marsa çatdıra biləcək nəqliyyat sistemi yaratmaq niyyətindədir. Bundan əlavə olaraq bu səyahət sonuncu səyahət olmamalıdır. İnsanların dilədikləri vaxtda Yer kürəsinə qayıtmaları şansı olmalıdır.

Mask "SpaceX”i "Union Pasific Railroad” dəmiryolu şirkətinə bənzədib. "Union Pasific Railroad” şirkəti ABŞ-da ölkənin mərkəzindən San Fransisko körfəzinə kimi yol açan ilk transkontinental dəmiryolunu inşa etmişdir.

Hal-hazırda bir insanın Marsa göndərilməsi 10 milyard dollara başa gələ bilər. Mars kolonizasiyasının vacib faktorlarından biri də Marsda yanacağın istehsal olunmasıdır. Beləliklə orda yaşayacaq insanlar Yer kürəsinə qayıda biləcəklər. Məhz buna görə şirkət maye metanın əsas yanacaq kimi seçilməsinin tərəfdarıdır. Həm də onu Marsda istehsal etmək asan olacaq.

Şirkətin "Planetlərarası Nəqliyyat Sistemi” kranı olan start platformasından ibarət olacaq. Həmin kran raketin birinci səviyyəsinə kosmik gəmini yerləşdirəcək. Daha sonra raket kosmik gəmini orbitə çatdıracaq və 20 dəqiqə ərzində start platformasına geri qayıdacaq. Qayıdandan sonra ona yanacaqla dolu tanker yerləşdiriləcək və o, həmin tankeri orbitə çatdıracaq ki, kosmik gəmi yanacaqla təmin olunsun. Sistemin raketi 77.5 m hündürlüyə,12 m diametrə sahib olacaq. O, özündə 42 ədəd raptor metan mühərrikini birləşdirəcək. Kosmik gəmi isə 49.5 m uzunluğa və 17 m diametrə sahib olacaq.



Әlaqәli Xәbәrlәr