"Google" şirkətinin yeni Google Trips adlı mobil tətbiqi

"Google" şirkəti yeni Google Trips adlı mobil tətbiqi təqdim edib.

573379
"Google" şirkətinin yeni Google Trips adlı mobil tətbiqi

"Google" şirkəti yeni Google Trips adlı mobil tətbiqi təqdim edib. Bununla da asanlıqla dünyanın bütün nöqtələrinə səyahətləri planlaşdırmaq mümkün olacaq.

“Google Trips”in əsas məqsədi səyahət haqqında lazım olan bütün informasiyaları insanlara təqdim etməkdir. Səyahət etmək istəyənlər maraqlı məkanlar, nəqliyyat, qalmaq üçün yerlər, restoranlar və s. haqda məlumat sahibi ola biləcək. Tətbiqi açdanda ən məşhur yerlərin adları əks olunacaq və siz hara getmək istədiyiniz haqda seçimi etdikdən sonra bu şəhərlə bağlı hər şeyi görmək mümkün olacaq.

Qeyd edək ki, bu tətbiqin ən sərfəli tərəflərindən biri isə gedəcəyiniz yerə marşrut xəttini özünüzün seçə bilmək  olmasıdır. Tətbiq sizə yad ölkədə sərbəst səyahət etməyə imkan yaradır. Maraqlı tərəf isə marşrut xətti statik deyil. Siz istənilən vaxt məkanların sayını və məzmununu dəyişə, gedəcəyiniz xətti artıra və ya azalda, yaddaşda saxlayaraq yenidən dəyişikliklər edə bilərsiniz.

Bunu da vurğulayaq ki, tətbiq indilik sadəcə ingiliscə fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr