''Google'' Fәlәstini dünya xәritәsindәn sildi

Googlenin xəritə tətbiqi proqramı ''Google Maps'' heç bir açıqlama vermәdәn Fәlәstini xәritәdәn silib.

548587
''Google'' Fәlәstini dünya xәritәsindәn sildi

Xəritədə Fələstin torpaqlarını kəsik xəttlərlə ayıran ancaq adını qeyd etmәyә ehtiyac görməyən ''Google''  İordan çayının qәrb sahillәri və Qəzzanın da yerlərini göstәrmәyib.

Sosial mediada dərhal #PalestineIsHere hәştәqi ilә hərəkətə keçən minlərlə istifadәçi şirkətdən Fələstin adını yenidən xəritədә bәrpa etmәsini istəyib.

''Google'' ın Fələstini dünya xəritəsindən silmәsinә qarşı change.org-da dünən başladılan imza kampaniyasına qatılanların sayı 176 mini keçib.

''Google''  isә hәlә dә mövzu ilә bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr