Türkiyə dünyanın şəffaf optik disk istehsalı mərkəzi ola bilər

Sivas şəhərinin Sənaye Bölgəsində 5 min kvadrat metr ərazidə fəaliyyət göstərən ASELSAN şirkəti ildə 100 min şəffaf optik disk, yəni obyektiv istehsalını nəzərdə tutur.

527897

İstehsal müəssisəsi müdafiə sənayesində ehtiyac duyulan optik məhsulların dizayn ardıcıl istehsalını həyata keçirir. Şəffaf optik disklərdən istifadə edərək xüsusi, milli silah nişangahlarının istehsalının reallaşdırılacağı müəssisədə  ultrabənövşəyi görüntü və yaxın infroqırmızı lentlər üçün nəzərdə tutulan optik elementlər düzəldilir.

Bu sahədə may ayının 28-də fəaliyyətə başlayan şirkətin müasir texnologiya və müdafiə sənayesinin xarici bazara idxalında liderlik edəcəyi gözlənilir.

ASELSAN milli quru qoşunlarının durbinləri, aparaturaları və “Göktürk” peykinin büllurunun da istehsalını nəzərdə tutur.

Әlaqәli Xәbәrlәr