Rusiyalı tədqiqatçıların xərçəngin müalicəsi üçün hazırladığı yeni dərman

Nəticələrin ümidverici olduğu bildirilib.

521290
Rusiyalı tədqiqatçıların xərçəngin müalicəsi üçün hazırladığı yeni dərman

AZƏRTAC-ın “express-novosti.ru” saytına istinadla xəbər verdiyinǝ görǝ, rusiyalı tədqiqatçılar xərçəngin müalicəsi üçün yeni dərmanın təcrübədən keçirilməsi barədə məlumat yayıb. Bu preparat klinikayaqədərki təcrübənin birinci mərhələsini keçib və xərçəng ilə mübarizədə əla nəticələr ortaya qoyub.

Dərmanların kliniki təcrübəsi isə 2018-ci il üçün nəzərdə tutulur. Lakin Petrov adına Onkologiya Elmi-Tədqiqat İnstitutunda bəzi əczaçılıq vasitələrinin xəstələr üzərində testdən keçirildiyi və nəticələrin ümidverici olduğu bildirilib.

Qeyd olunub ki, hazırda alimlər əldə edilən nəticələri emal edirlər. Son mərhələnin uğurlu keçəcəyi təqdirdə preparatın istehsalına başlanıla bilər.



Әlaqәli Xәbәrlәr