Robot xəstəxananın qəbul şöbəsində çalışır

19 dildə danışan, 120 santimetrlik Pepper gələnləri qarşılayır, yorulmadan, bezmədən, çox nəzakətlə xəstələrə kömək edir

513874
Robot xəstəxananın qəbul şöbəsində çalışır

  Texnoloji inkişaflar həyatımızı dəyişdirir, hər sahədə robotlar görünür.

  Belçikanın Ostend şəhərindəki bir xəstəxanada ilk dəfə bir robot qəbul şöbəsində işə başlayıb.

  19 dildə danışan, 120 santimetrlik Pepper gələnləri qarşılayır, yorulmadan, bezmədən, çox nəzakətlə xəstələrə kömək edir.

  Gündə 20 saat fasiləsiz işləyə bilən robot, xüsusilə, uşaq və yaşlıların xidmətində durur.

  Dünyaya gələn körpə və yeni ana olanların dadına çatan robot uşaqları daha çox sevir.

  Belçikadakı başqa xəstəxanalar da Pepper kimi robotlardan istifadə etməyə hazırlaşır.



Әlaqәli Xәbәrlәr