Xəstəlikləri qısa müddətdə aşkar edən yığcam analizator yaradılıb

“Spartan Bioscience” şirkəti dezoksiribonuklein turşusunun (DNT) analizi üçün hazırlanmış “Spartan Cube” adlı yığcam cihazını təqdim edib.

509753
Xəstəlikləri qısa müddətdə aşkar edən yığcam analizator yaradılıb

“Spartan Bioscience” şirkəti dezoksiribonuklein turşusunun (DNT) analizi üçün hazırlanmış “Spartan Cube” adlı yığcam cihazını təqdim edib. Yeni qurğu 30 dəqiqə ərzində xəstəlik, mikrob və ya infeksiya üzrə əhatəli genetik analiz aparmaq qabiliyyətinə malikdir.

Kub formasında hazırlanmış analizator bir sıra xəstəlikləri, yoluxucu bakteriyaları və zərərli mikrobları aşkar edə bilir. Cihazı suyun çirklənməsi, məhsulların keyfiyyəti və ya insanlarda xəstəliklərin aşkar edilməsinin analizi üçün istifadə etmək olar.

Analizin nəticəsini Wi-Fi şəbəkəsinin köməyilə planşet və ya noutbuka yükləmək mümkündür.İstehsalçılar iyulun sonunda Filadelfiyada (ABŞ) keçiriləcək konfransda qurğu haqqında daha ətraflı məlumat verəcəklər.



Әlaqәli Xәbәrlәr