Van Gölündə dünyanın ən böyük stalaqmitləri tapıldı

Göldə 4 kilometrlik sahəni örtən və "sualtı pəribacaları" olaraq bilinən təxminən 20 metr uzunluğundakı stalaqmitlər  aşkar olundu.

505873
Van Gölündə dünyanın ən böyük stalaqmitləri tapıldı

Türkiyənin  Sualtı görüntü rejissoru Tahsin Ceylan, Yüzüncü İl Universiteti Su Məhsulları Fakültəsinin müəllimi professor Mustafa Sarı və dalğıc təlimçisi Murad Kulakaç göldəki sualtı işlərində yeni tapıntılara rast gəliblər.
 Yüzüncü İl Universitetinin Su Məhsulları Fakültəsinin müəllim Mustafa Sarı YYÜ-nün Kənd Təsərrüfatı Fakültəsinin Konfrans Zalında keçirdiyi mətbuat konfransında hər il iki dəfə həyata keçirdikləri sualtına dalma proqramının sonuncusunda  yeni tapıntılara rast gəldikləri barədə məlumat verdi.
  Van Gölü ilə bağlı bir çox məlumatın natamam olduğunu, gölün sirlərini açmaq istədiklərinin dilə gətirən Sarı Van Gölündə dünyada məlum olan ən böyük stalaqmitlərin olduğunu söylədi.
  Sarı  altdakı çatlaqlardan gölə sızan kalsiumda zəngin sular olduğunu bildirərək: "Bu suların ətrafından sianid bakteriyalar, fitoplanktonlar toplaşırlar. Onlar həm əhəngdaşı məhlulları, həm də əhəng daşı çöküntüləri yaradırlar. Bu proses zamanı su boru kimi yuxarıya doğru qalxır və planktonlar və sianid bakteriyaları da bunun ətrafından çöküntü yaradırlar. Beləliklə, Van Gölünün altında ağac kimi böyüyən nəhəng quruluşlar yaranır" deyə danışdı.
 Dünyada stalaqmitlərin 2, və ya 3 metr olduğuna dair ədəbiyyatlarda qeydlər olduğunu ifadə edən Sarı: "Biz boyu 20 metr olan stalaqmitlər aşkar etdik. Yəni dünyanın məlum olan ən böyük stalaqmitləri Van Gölündədir.  Buralar o qədər gözəl sahələrdir ki, daha əvvəl ədəbiyyatlardan aldığımız məlumatların hamısı alt-üst oldu. Stalaqmitlərlə bağlı bütün məlumatlar dəyişdirilə bilər" dedi.

 



Әlaqәli Xәbәrlәr