Sosial şəbəkələrdə şiddət məzmunlu informasiyalar yığışdırılacaq

Avropa İttifaqı Facebook, Twitter, Microsoft və Youtube kimi informasiya texnologiyaları şirkətləri ilə nifrət məzmunlu məlumatların qarşısının alınması məsələsində anlaşıb.

501245

 Aİ Komissiyasının açıqlamasına görə, informasiya texnologiyaları şirkətləri internet məkanında yer alan təhqir və şiddəti ehtiva edən ifadələrə nəzarət edəcək, əks halda bağlanmaq məcburiyyətində qalacaq.

 İnternet məkanında şikayətlər daxil olduqda şirkətlərin müvafiq məntəqələri 24 saat ərzində lazımi addımlar ataraq, bu kimi neqativ halları aradan qaldıracaq.

Yeni "qayda-qanunlar” irqi, milli, dini zəmində ayrı-seçkiliyin qarşısını almaq məqsədi güdür.

Aİ Komissiyasının sözcüsü Vera Jourova da bildirib ki, internet təhqir meydanı deyil, fikirlərin ifadə olunduğu tribunadır. Bu gün informasiya şirkətlərilə razılaşma bu məkanda  sağlam mühitin formalaşmasına xidmət edir.

Әlaqәli Xәbәrlәr