Alman tədqiqatçıları robotlar üçün süni sinir sistemi yaratdılar
Alman elm adamları robotlara "ağrı hiss etməyi" öyrətmək üçün süni sinir sistemi yaratdılar.

Almaniyanın Hannover şəhərindəki Leibniz Universitetinin tədqiqatçıları süni sinir sisteminin "robotların kənardan baxılaraq anlaşılmayacaq fiziki narahatlıqları müəyyənləşdirməsinə, sözügedən narahatlığın səbəb ola biləcəyi mümkün travmanın qiymətləndirməsinə və narahatlığı aradan qaldırmaq üçün tədbir görməsinə" imkan verəcəyini dedi.
Süni sinir sistemi yaradılarkən " İnsanda Ağrını Anlama Tədqiqatı"nda əldə edilən məlumatlardan istifadə edən tədqiqatçılar barmaq ucuna olan təzyiqi və istiliyi hiss edən sensorlar yerləşdirilən robot qol üzərində sistemin testini keçirdilər.
İnsan neyronlarının ağrnı beyninə ötürmə funksiyasını yerinə yetirən süni sinir sistemi, ağrını yüngül, orta və şiddətli dərəcələrdə müəyyənləşdirə biləcəklər.
Tədqiqatın rəhbəri Johannes Kuehn: " Ağrı əslində, bizi qoruyan bir sistemdir. Bu sistem ağrıya səbəb olan obyektdən uzaqlaşmanı təmin edir. Yaratdığımız süni sinir sistemi ağrını daha adekvat qiymətləndirməmizə kömək edəcək" dedi.
Təqqıqat işi “IEEE Spectrum” internet saytında dərc olunub.