Antibiotiklər hafizəni zəiflədir

Alimlər hesab edirlər ki, antibiotiklərin uzun zaman ərzində qəbulu yaddaşa pis təsir edir.

497616
Antibiotiklər hafizəni zəiflədir

Bununla əlaqədar tədqiqatların nəticələri "Cell Reports" jurnalında dərc edilib.

Eksperimentlər zamanı alimlər 210 laboratoriya siçanına əvvəl adi su, sonra isə antibiotiklər əlavə ediblər. Nəticələrə əsasən, üzərində təcrübə aparılan heyvanların bağırsaqlarında mikroflora dəyişiklikləri ilə yanaşı, hippokamplarında da dəyişmələr baş verir. Hippokamp isə beyində hafizəvə emosiyaların əmələ gəlməsinə cavabdeh orqandır. Bu dəyişmələr nəticəsində hippokampların yeni əsəb hüceyrələri yaratmaq qabiliyyəti zəifləyir.

Alimlər iddia edirlər ki, siçanları əvvəlki vəziyyətə qaytarmaq bağırsaqlarındakı mikrofloranı bərpa etməklə yanaşı, fiziki məşqlərdən (siçanların qəfəslərinə qaçış üçün çarxlar qoyulur) sonra mümkün olub.



Әlaqәli Xәbәrlәr