Türkiyəli alimlər süni ürək əzələsi toxumasını yaratdılar
Türkiyəli alimlər irsi ürək xəstəliklərinin araşdırılması və yeni müalicə üsullarının tapılması məqsədilə süni ürək əzələsi toxumasını yaratdılar.
Professor Volkan Tuzcu və dosent Esra Çağavinin apardıqları tədqiqatda süni ürək əzələsi toxumasının hazırlanması üçün Nobel mükafatını almış "Yenidən Proqramlaşdırma" texnologiyası tətbiq edilir .
Tədqiqat işi Medipol Universitetinin Regenerativ və Restovrativ Tibbi Araşdırmalar Mərkəzinin bazasında TÜBİTAK-ın dəstəyi ilə həyata keçirilir.
Tədqiqatda xəstələrdən alınan qan hüceyrələri embrionik kök hüceyrələrə çevrilərək yenidən proqramlaşdırır. Bu üsulla yaradılan kök hüceyrələrdən laboratoriya şəraitində fərdə məxsus ürək toxuması istehsal edərək xəstəliklərin modelləşdirilməsi və sellülyar müalicə mənbəyinin yaradılması məqsədi güdülür.
Süni toxuma sayəsində ürək xəstəliklərinin müalicəsində istifadə oluna biləcək potensial metod və dərmanların bundan sonra məhdudsuz əldə edilə bilən və fərdə məxsus hüceyrələr vasitəsilə hazırlanması məqsədi güdülür.