Beynəlxalq kosmik stansiya Yer kürəsi ətrafında 100.000-ci dövrünü başa vurdu

ABŞ-ın Milli Aeronavtika  Aviasiya və Kosmos İdarəsi - NASA təxminən 18 il bundan əvvəl orbitə buraxılan beynəlxalq kosmik stansiyanın  indiyə qədər 4,2 milyard kilometr yol qət etdiyini açıqladı.

492393
Beynəlxalq kosmik stansiya Yer kürəsi ətrafında 100.000-ci dövrünü başa vurdu

Saatda təxminən 28 min kilometr sürəti olan stansiya dünya ətrafındakı 1 dövrünü 92 dəqiqəyə tamamlayır və bir gündə 15,5 dövr edir.

İlk hissəsi 1998-ci ildə kosmosa göndərilən təzyiqli modullar  xarici skelet və günəş panellərindən ibarətdir.

Yer kürəsindən 402 kilometr yüksəklikdə olan beynəlxalq kosmik stansiyada 2000-ci ildən etibarən 220 astronavt fəaliyyət göstərib.

Dünya orbitində ən böyük süni peyk olan BKS-də hazırda iki ABŞ, bir İngiltərə astronavtı və üç Rus kosmonavt vardır.



Әlaqәli Xәbәrlәr