Qırışları yox edən ikinci dəri

Alimlər qadınların kabusu olan qırışlara qarşı insan dərisini təqlid edən və dərinin üstündə "ikinci dəri" yaradan krem yaratdılar.

488563
Qırışları yox edən ikinci dəri

Amerika Birləşmiş Ştatlarında Harvard Universitetinin Tibb Fakültəsinin və MİT-in (Massachusetts İnstitute of Technology) tədqiqatçılarının yaratdığı polimer krem çəkildikdən sonra quruyaraq elastik bir "ikinci dəri" əmələ gətirir.

Laboratoriyada silikon və oksigen molekullarından istifadə edərək istehsal olunan polisiloksan polimerdən düzəldilən krem sallanan və qırışan dərini yığmaq və göz altındakı torbaları yox etmək qabiliyyətinə malikdir.

Polimer kremin əmələ gətirdiyi ikinci dəri təbəqəsi suya dayanıqlıdır və 24 saat boyu pozulmadan qala bilir.

Qoruyucu təbəqə dərinin nəmini qorumasına səbəb olaraq elastikliyini də artırır.

Tədqiqatçılar bu kremi köbüllülər üzərində göz altında, qol və ayaq bölgələrində tətbiq edərək uğurlu nəticələr əldə etdilər.

Krem kosmetika sahəsi ilə yanaşı ekzema, dermatit və sədəf kimi dəri xəstəliklərinin müalicəsində dərmanın birbaşa dəriyə keçməsini və günəş şüalarından qorunmanı təmin edir.

Kremin kütləvi istehsalı üçün icazə alındıqdan sonra yaxın illərdə bazara çıcxarılacağı gözlənilir.

Kremlə əlaqədar tədqiqat işi "Nature Material" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr