GÖKTÜRK-2 süni peykinə yeni rəqib

2012-ci ildə kosmosa göndərilən Göktürk-2 peykini yenilədiklərini bildirən Sənaye naziri Fikri İşıq bu yeni peyk haqqında mediaya məlumat verib.

484376
GÖKTÜRK-2 süni peykinə yeni rəqib

2012-ci ildə kosmosa göndərilən Göktürk-2 peykini yenilədiklərini bildirən Sənaye naziri Fikri İşıq bu yeni peyk haqqında mediaya məlumat verib.

“Tübitak uzay” və TAİ-nin ǝmǝkdaşlığı ilə hazırlanışına 2007-ci ildə start verilən Göktürk-2 süni peyki, 2012-ci ilin dekabr ayında Çində yerləşən Jiuquan bazasından kosmosa göndərilmişdi. 409 kq çǝkisi olan peykin proqram təminatı tamamilǝ Türk mühəndisləri tərəfindən təsis edilmişdi. Hətta bəzi ölkələr bu peykin kosmosa göndərilməsinə etiraz da etmişdi.

Türkiyənin bu günə qədər kosmosa göndərilən ilk yüksək keyfiyyətli müşahidə peyki olan Göktürk-2 əldə etdiyi məlumatları Ankarada yerləşən bir mərkəzə göndərir. Göktürk-2 həm də yer təyini məlumatları ilə terrorla mübarizədə də istifadə edilir.

Göktürk-2 peykinin istehsalı üçün 140 milyon TL, kosmosa göndərilməsi üçün isə 20 milyon avro vəsait xərclənib.

Göktürk-2 peyki haqqında müsahibə verən Sənaye naziri Fikri İşıq daha alçaqdan uça bilən yeni peyk üzərində işlər apardıqlarını və 2018-ci ildə bu peyki kosmosa göndərəcəklərini bildirib.

Göktürk-2  peykinin 2.5 metr ölçüsündə olan bir cismi təyin edə bildiyini qeyd edən İşıq 60 sm-lik cisimləri belə aşkarlayacaq və tamamilə Türk istehsalı olan linzalardan istifadə olunacağını bildirib.

Optik linzaların bu günə qədər xarici ölkələrdən alındığını bildirən nazir qeyd edib ki, yerli linzaların istehsalına gələn ay başlanacaq.



Әlaqәli Xәbәrlәr