Dünyaya bənzər 3 planet kəşf edilib!

Astronomlar dünyadan 40 işıq ili uzaqlıqdakı bir ultrasoyuq cücə ulduzun orbitində, dünya böyüklüyündə olan 3 planet kəşf ediblər.

483170
Dünyaya bənzər 3 planet kəşf edilib!

Astronomlar dünyadan 40 işıq ili uzaqlıqdakı bir ultrasoyuq cücə ulduzun orbitində, dünya böyüklüyündə olan 3 planet kəşf ediblər.

Avropa cənub rəsədxanasının veb səhifəsində yer alan xəbərə əsasən, mütəxəssislər La Silla kosmik mərkəzindəki Trappist teleskopunun vasitəsilə günəşdən 10 qat kiçik olan ultrasoyuq ulduzu tədqiq edərkən bu ulduzun işığının yanıb söndüyünü müşahidə ediblər.

Cücə ulduz ilə dünya arasında bir neçə cisim olduğunu müşahidə edən mütəxəssislər geniş miqyaslı tədqiqatlardan sonra həcmi dünya ilə veneraya yaxın 3 planet aşkarlayıblar.

Cücə ulduza Trappist-1 adını qoyan astronomlar günəşdən daha soyuq və qırmızı, Yupiterdən isə biraz böyük bu cür bir ulduzun ətrafında ilk dəfə belə bir planet olduğunu bildiriblər.

Tədqiqat aparan astronomlar bildiriblər ki, bu günə qədər ultrasoyuq cücə ulduzun orbitində bu cür qırmızı dünyaların varlığının olması sadəcə nəzəri idi. Lakin biz bu qədər sönük bir qızıl ulduz ətrafında sadəcə bir planet deyil 3 planetli bir sistem kəşf etdik.



Әlaqәli Xәbәrlәr