Türkiyǝ Beynǝlxalq İxtiralar sǝrgisindǝ 2 qızıl, 1 bürünc medal qazandı

Türkiyǝ İsveçrǝdǝ tǝşkil edilǝn 44-cü Cenevrǝ Beynǝlxalq İxtiralar sǝrgisindǝ nümayiş etdirdiyi üç ixtira ilǝ 2 qızıl, 1 bürünc medal qazanıb.

473249

Sǝrgidǝ Adǝm Arıbaş vǝ Gürçağ Özlǝr “Qatlana bilǝn portativ qutu kǝrpic sistemi" ilǝ qızıl medal qazandıqda, Çin İxtira vǝ İnnovasiya nümayǝndǝsi xüsusi mükafatı ilǝ Buxares Politexnika Universiteti xüsusi mükafatına da layiq görülüb.

Şahin Önǝr dǝ “Qovşaqlarda nǝzarǝti tǝmin edǝn mǝlumat lövhǝsi sistemi" ilǝ qızıl medal qazınıb. Önǝrin ixtirası Araşdırmaçılar vǝ İxtiraçılar İnstitutunun xüsusi mükafatına da layiq görülüb.

Bürünc medal qazanan Türk ixtiraçı isǝ “Axıcılığı az olan mǝmullar üçün elastik iç torba vǝ valf mexanizmli bağlama ilǝ Nǝcat Әmircan olub. Әmircan bu ixtirası ilǝ Birlǝşmiş Әrǝb Әmirliklǝrinin xüsusi mükafatını da qazanıb.

Әlaqәli Xәbәrlәr