Antarktidadakı araşdırmalarını tamamlayan Türk alimlǝr qitǝdǝn ayrılıblar

Türkiyəyə qayıdmadan ǝvvǝl Argentinanın paytaxtı Buenos Airesdə açıqlama verǝn İstanbul Universiteti alimi və Türk Dəniz Araşdırmaları Vəqfinin rǝhbǝri Bayram Öztürk, müxtəlif universitetlərdən 13 alim ilǝ birgǝ edilǝn araşdırmanın uğurla nəticələndiyini

472464
Antarktidadakı araşdırmalarını tamamlayan Türk alimlǝr qitǝdǝn ayrılıblar

Türkiyənin, Antarktida ekologiya protokolunu dǝrhal imzalamasının lazım gǝldiyini ifadə edən Öztürk, “Əgər Türkiyə qitədə baza qurub və məsləhətçi ölkə olmaq istǝyirsǝ, ətraf mühit protokolunu imzalamalıdır. Çünkü bununla mövqeyimiz yüksǝlǝcǝk. Bizim mǝqsǝdimiz qurulacaq bazada araşdırmaçı yetişdirməkdir" deyǝ vurğulayıb.

Türkiyədə qütblərə istiqamətli elmi araşdırmalar aparmaq məqsədiylə qurulmuş tək rəsmi mərkəz olan İstanbul Texniki Universiteti Qütb Tədqiqatları Mərkəzini tǝmsilǝn İstanbul Texniki Universitetindən heyətə qatılan Doçent Dr. Burcu Özsoy Çiçək də, qarşıdakı illərdə Türk bayrağı daşıyan bir gəmi ilə Türk bayrağının daimi dalğalandığı bir bazada araşdırmalar apara bilǝcǝklǝrinǝ inandıqlarını bildirib.

Araşdırma qrupundan ǝldǝ edilǝn məlumata görə Antarktida sazişinə tərəf ölkələrin 101 elmi-tədqiqat stansiyası mövcutdur.

Qitədə elmi araşdırma edəcək gəmi, avadanlıq və təchizata sahib olan Türkiyə, hazırda qitədə elmi araşdırma aparan alimlǝrǝ sahib ölkǝ mövqeyindǝdir.



Әlaqәli Xәbәrlәr