Harvard Universiteti mütəxəssislərinin ağıllı pərdə icadı

Harvard Universiteti mütəxəssisləri, səthi işıq və rəngə görə bulanıqlaşıb şəffaflaşan yeni bir pərdə sistemi icad ediblər.

471623
Harvard Universiteti mütəxəssislərinin ağıllı pərdə icadı

Harvard Universiteti mütəxəssisləri, səthi işıq və rəngə görə bulanıqlaşıb şəffaflaşan yeni bir pərdə sistemi icad ediblər.

Evlərimizdəki əşyalar texnologiyanın inkişafı ilə getdikçə tək tək ağıllı olmağa başlayır. Ağıllı televizorlar, mətbəx əşyaları, mebeller hətta pərdələr belə ağıllı əşyalara çevrilməyə doğru gedir. Harvard Universitetinin mütəxəssisləri gələcəkdə evimizdəki klassik pərdələrin ǝvǝzindǝ istifadǝ edilǝcǝk ağıllı pərdə texnologiyası üzərində işlər aparırlar.

Nano texnologiyadan istifadə edilǝrǝk icad edilən bu yeni optik pərdə sistemi hava şǝraitinǝ görə bulanıqlaşıb şəffaflaşa biləcək.

Tədqiqat qrupunun rəhbəri Prof. David Klark daha öncə elektro kimyəvi maddələrlə öz sistemlərinə oxşar bəzi sistemlər yaratdıqlarını lakin, yeni texnologiyanın daha işə yarar olduğunu qeyd edib. Klark bildirib ki, əvvəl icad edilən sistem də yaxşı idi. Lakin bizim icad etdiyimiz bu yeni sistem həqiqətən digərlərindən çox fərqlənir. Bizim hal-hazırda yeganǝ problemimiz isə maddiyatdır. Lazımı kömək göstərilsə bu sistemi daha da inkişaf etdirəcəyik.

Yeni sistemin işləmə prinsipindən bəhs edən Klark bildirib ki, pərdə sisteminə kiçik elektrik gərginliyi göndərildiyində nano naqillər arasındaki cazibə qüvvəsi elastik deform keçirir.



Әlaqәli Xәbәrlәr