Şagirdlǝrdǝn “Məşq etdirən robot əl”

Tuncelidə iki şagird onurğa sütunu iflici olan dostlarına əllərini hərəkət etdirməsi üçün robot əl düzəldiblər.

470126
Şagirdlǝrdǝn “Məşq etdirən robot əl”

Tuncelidə iki şagird onurğa sütunu iflici olan dostlarına əllərini hərəkət etdirməsi üçün robot əl düzəldiblər.

Tuncelidə uğradığı qəza nəticəsində iflic keçirən gəncin köməyinə dostları çatıb. “Namık Kemal adına Sənaye və Texniki Anadoli liseyi”nin şagirdlǝri Hasret Özcan və Emir Can iflic xəstələrinə kömək edəcək yeni bir robot əl ixtira ediblər.

Qəza nəticəsində onurğa sütunu zədələnməsi keçirən dostları üçün tədqiqatlara başlayan 11-ci sinif şagirdi bu iki gənc “Məşq etdirən robot əlcək” adını verdikləri bu layihə ilə 47-ci TÜBİTAK məktəblər arası yarışda birinci yerə layiq görülüblər.

Texnoloji dizayn yarışında 100 layihə içində birinci olan “robot əlcək” layihəsi Türkiyədə bir ilk olacaq. Layihənin koordinatoru Yunus Özǝn bildirib ki, biz dostumuz üçün Emir Can və Hasret ilə birlikdə tədqiqatlara başladıq və sonunda bu əlcəyi ixtira edə bildik. Eyni zamanda bu layihə ilə TÜBİTAK yarışmasına qatıldıq. Yarışda texnoloji dizayn sahǝsindǝ birinci olduq və may ayında Ankaraya getməyə haqq qazandıq. Robot əlcək mövcud olan ələ uyğun olaraq əli məşq elətdirir və əzələ ərimələrinin qarşısını alaraq qan dövranını sürətləndirə bilir. Bu səbəbdən bizim layihəmiz dünyada və Türkiyədə bir ilk ola bilər.



Әlaqәli Xәbәrlәr