Qlobal istiləşmə dünyanın tarazlığına təsir edir

Şiddətini hər gün daha da artıran qlobal istiləşmə dünyanın ağırlıq tarazlığına təsir etməyə başlayıb.

469713
Qlobal istiləşmə dünyanın tarazlığına təsir edir

Şiddətini hər gün daha da artıran qlobal istiləşmə dünyanın ağırlıq tarazlığına təsir etməyə başlayıb.

NASA-nın “Jet Propulsion” laboratoriya mütəxəssisləri bildirib ki, qlobal istiləşmə səbəbilə qütblərdə əriməyə başlayan buzlaqlar dünyanın ağırlıq tarazlığına təsir etməyə başlayıb.

Əslində bu deyilənlər yeni bir məlumat deyil. Onsuz da son yüz ildə qlobal istiləşmənin şiddəti dünyanın ağırlığına təsir etməyə başlamışdı. Dünyanın tarazlığındakı bu dəyişiklik Kanadaya doğru hərəkət edirdi, lakin indi bu hərəkət İngiltərəyə tərəf çevrilib.

Milyon illərdir ki, qütb nöqtələri dünyanın ən ağır əraziləri olub. Yəni bu ərazilərin dünyaya etdiyi təzyiq digərlərindən daha çox idi. Bununla bərabər dünyanın ağırlıq mərkəzləri də elə qütb nöqtələri idi. Lakin qlobal istiləşmənin nəticəsində əriyən buzlaqlar və bu buzlaqlardakı əriyən suyun mərkəzə doğru hərəkəti planetimizdəki ağırlıq tarazlığına ciddi təsir etməyə başlayıb.

Bu hadisənin sürətlə baş verməsi, mütəxəssisləri narahat edir. 2003-cü ildən bəri Qrenlandiyada təxmini olaraq 270 milyard ton buz əriyib. Son illərdə bu ərimə daha da sürətlənib. Mütəxəssislər qeyd edib ki, əgər bu ərimənin qarşısı alınmasa dünyanın ağırlıq mərkəzi sürətlə dəyişməyə başlayacaq. Bu hadisə başda iqlim olmaqla dünyada bir çox şeyin dəyişməsinə gǝtirib çıxaracaq.



Әlaqәli Xәbәrlәr