Avtomobil enerjisini yanacağa çevirən yeni layihə!

Volvo şirkəti hərəkət edən bir avtomobilin sərf etdiyi enerjini yanacağa çevirə biləcək layihə üzərində işləyir.

468529
Avtomobil enerjisini yanacağa çevirən yeni layihə!

Volvo şirkəti hərəkət edən bir avtomobilin sərf etdiyi enerjini yanacağa çevirə biləcək layihə üzərində işləyir.

Hər gün sayı artan hibrid avtomobillərə bir yenisi də Volvo şirkəti tərəfindən əlavə olunacaq. ''Highway Robbery'' yəni “yol oğrusu” adı verilən bu sistem, digər avtomobillərdən əldə etdiyi enerji ilə Volvonun yeni istehsal etdiyi SUV XC90-nın yanacaq ehtiyatını dolduracaq.

Volvonun qurduğu yeni sistemin iş prinsipi belədir; üstündə əzilməyən platforma yerləşən və içində su dolu olan borular yola döşənəcək. Su borularının döşəndiyi yoldan nə vaxt bir avtomobil keçsə borulara edilən təzyiq nəticəsində hərəkət edən su sistemə enerji göndərəcək. Bu enerji isə sistemin batareyasını dolduracaq. Mühərriki 400 at gücünə malik olan yeni XC90 avtomobili əldə edilən bu enerji ilə bütün batareyalarını doldura biləcək.



Әlaqәli Xәbәrlәr