Berlində pulsuz internet xidməti

Almaniyanın paytaxtı Berlində üç məntəqəyə, sürəti 1 giqabayta çatan pulsuz internet paylayıcısı yerləşdirilib.

464308
Berlində pulsuz internet xidməti

Almaniyanın paytaxtı Berlində üç məntəqəyə, sürəti 1 giqabayta çatan pulsuz internet paylayıcısı yerləşdirilib.

Keçən yanvar ayında Link NYC şirkəti Nyu Yorkda sürəti 1 giqabayta çatan naqilsiz internet məntəqələri qurmuşdu. Bu məntəqələrə gələn istifadəçilər şirkətin yerləşdirdiyi ekranda reklam izləyərək bir tərəfdən də pulsuz internet xidmətindən faydalanırdılar. Vodafone şirkəti Almaniyada davam edən “Cebit İnformasiya Sərgisi”ndə eyni xidməti Berlində istifadəyə verəcəyini bildirib.

İlk olaraq Berlində 3 fərqli məntəqədə xidmətə başlayan 1 Gb qəbul etmə və 600 Mb ötürmə sürətinə malik naqilsiz internet xidməti Almaniyanın ən sürətli interneti olaraq qələmə verilir. Vodafone şirkətinin bu pulsuz internet xidməti üçün necə qazanc əldə edəcəyi sual altındadır. Çünki, Berlindəki sürətli internet məntəqələrində Nyu Yorkdakı kimi reklam nümayişləri olmayacaq.

Bu 3 naqilsiz internet məntəqələri Vodafonun gələcəkdə evlərə paylayacağı yüksək sürətli internet xidmətinin ilk mərhələsi olaraq görülür. Aprel ayından etibarən 200 mb-lıq sürəti 400 mb-a qaldırmağı planlaşdıran şirkət bu ilin sonuna qədər bəzi bölgələrə 1 Gb sürəti olan internet verilməsini müəyyənləşdirib.



Әlaqәli Xәbәrlәr