Türk müəllimə NASA-dan dəvət

Türk müəllimə ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin​ (NASA) layihəsinə dəvət alıb.

462741
Türk müəllimə NASA-dan dəvət

Türk müəllimə ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin​ (NASA) layihəsinə dəvət alıb.

Texnologiya və dizayn dərsləri keçən Sənəm Çabuk NASA-nın "Orta məktəb şagirdlərinə dünya haqqında məlumat vermə layihəsi"-nə dəvət alaraq Türkiyənin layihəyə seçilən yeganə müəlliməsi olub.

Layihəylə bağlı müəllimə və 12 şagirdi ilk dərsi 9-12 fevral tarixləri arasında keçiblər.

NASA tərəfindən göndərilən istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq 250 ədəd fotoşəkil çəkmə haqqı qazandıqlarını qeyd edən Çabuk, hər şagirdin 20 ədəd fotoşəkil nümayiş etdirdiyini bildirib.

Sənəm Çabuk bildirib ki, hər şagird öz şifrəsi ilə dünya üzərində istədikləri ərazinin uzunluğunu, enini və saatını Beynəlxalq Kosmos Stansiyasına daxil edərək seçtikləri ərazinin orbitində yerləşən 6 astronavtın köməyilə geniş miqyaslı məlumat əldə ediblər.

Layihəyə 204 ölkə arasından Türkiyədə daxil olmaqla 19 ölkə iştirak etmə haqqı qazanıb.



Әlaqәli Xәbәrlәr