Layihə bu iki nəhəng şirkəti bir araya gətirdi

“Google” şirkəti “Facebook”un yeni “Məlumat Bazası” layihəsinə ortaq olacaq.

461088
Layihə bu iki nəhəng şirkəti bir araya gətirdi

“Google” şirkəti “Facebook”un yeni “Məlumat Bazası” layihəsinə ortaq olacaq.

Facebook tərəfindən fəaliyyəti davam edən və nəhəng firmaların da dəstək verdiyi bu layihəyə son qatılan şirkət “Google” olub.

Texnologiya sahəsinin iki nəhəngi Google və Facebookun elə də sıx əlaqələri yoxdur. Lakin sözü gedən layihə bu iki nəhəng şirkəti bir araya gətirib.

Facebook bir müddətdir “Open Computer” layihəsilə əlaqədər işlər görür. Hal-hazırda nəhəng məlumat bazası olan Facebook, bu yeni layihəsi ilə “məlumat bazası” işini kökündən dəyişdirəcək yeni bir sistem üzərində işləyir.

Bu yeni sistem həm çox daha az enerji sərf edəcək həm də daha əlverişli bir məlumat bazası sistemi imkanı yaradacaq. Layihəyə AMD, Dell və HP kimi nəhəng texnologiya şirkətləri də dəstək verir. Siyahıya daxil olan son şirkət isə Google olub. Layihə üzvlərinə yeni bir server xidməti təklif edən Google, bu serverin köməyilə öz məlumat bazasından digərlərinin də istfadəsinə imkan yaradacaq. Təbii ki, Googlenin bu cür xidməti təəccüblənəcək bir vəziyyət deyil. Belə ki, şəxsi təchizat sistemlərini qurmaq fikrində olan Google hərkəsi bir yerdə toplamaq istəyir. Bunun sayəsində Google digər şirkətlərin yeniliklərindən istifadə edərək öz layihələrini inkişaf etdirəcək.



Әlaqәli Xәbәrlәr