HAVELSAN "Kiber Müdafiə Mərkəzi"

"Hava Elektronika Sənayesi (HAVELSAN)"-da kiber hücumlara qarşı, Kiber Müdafiə Texnologiya Mərkəzi (SİSATEM) qurulub.

457230
HAVELSAN "Kiber Müdafiə Mərkəzi"

"Hava Elektronika Sənayesi (HAVELSAN)"-da kiber hücumlara qarşı, Kiber Müdafiə Texnologiya Mərkəzi (SİSATEM) qurulub.

Mərkəzin açılışında Nəqliyyat, Dənizçilik və Telekommunikasiya naziri Binali Yıldırım Milli Müdafiə naziri İsmet Yılmaz və digər rəsmilər iştirak edib.

Binalı Yıldırım sürətlə inkişaf edən kiber aləmin düzgün istifadə edildiyi təqdirdə insanlar, cəmiyyət və ölkələrin xeyrinə olduğunu, lakin əksi olduğunda pis nəticələr yaradacağını bildirib.

Adi texnoloji cihazlarla belə kiber hücumların edilə biləcəyinə diqqət çəkən nazir bildirib ki, bunu etmək asandır lakin yaratdığı problemlər çox ciddidir. Bu səbəbdən biz, kiber təhlükəsizliyi ölkə təhlükəsizliyi olaraq qəbul edirik. Hər kəs dünyanın istədiyi nöqtəsindən bir-birinə kiber hücum edə bilər. Bu səbəbdən dünyada və Türkiyədə kiber hücumların illik maddi zərəri 400-500 milyard dollara bərabərdir.

Kiber müdafiəyə sahib olmaq üçün əməliyyat proqamları və güclü təchizatların vacib olduğunu qeyd edən nazir qeyd edib ki, necəki başqa birinin sirri ilə özünü müdafiə etmək olmursa, eləcə də biz başqasının proqram və təchizatları ilə kiber müdafiə qurula bilməyəcəyini yaxşı bilirik.

Milli Müdafiə naziri İsmet Yılmaz SİSATEM-də yerli proqramlar və təchizatlar qurulacağını və bu mərkəzin Türkiyədə kiber inkişaf mövzusunda irəlidə olacağını bildirib.

Nazir qeyd edib ki, əvvəllər müharibələr quruda gedirdi. Daha sonra dəniz, hava və səma müharibələri baş verdi. Bu müharibələrin sonuncusu kiber hücumlardır. Hətta NATO belə qeyd edir ki, kiber hücumlar müharibə törədə biləcək qabiliyyətdədir. Bu səbəbdən hər şeyə hazır olmaq lazımdır.



Әlaqәli Xәbәrlәr