C-tip USB port artıq hər cihazda!

C-tip USB (Universal Serial Bus) portu artıq yeni istehsal olunan telefon tablet və bilgisayarlarda istifadə olunmağa başlayıb. Bəs görəsən C-tip USB portu nədir?

448597
C-tip USB port artıq hər cihazda!

2016-cı ilin yeni texnlogiya cihaz standartı olan C-tip USB portu həm mobil telefonlar həm tabletlər həm də leptop bilgisayarlar tərəfindən istifadə olunmağa başlanıb. İstifadə etdiyimiz cihazların batareyasını doldurarkən naqil qarışıqlığı problemini yox edəcək C-tip USB port həm də birdən çox əməliyyatı yerinə yetirə biləcək.

USB 3.1 standartı ilə inkişaf etdirilən C-tip USB port, məlumat ötürülməsi işində çox sürətlidir. USB 3.0 əlaqəsi saniyədə ən çox 600 mb məlumat ötürürdü. Lakin C-tip USB port saniyədə 1.22 gb məlumat ötürə biləcək.

Digərlərinə nəzərən 2 qat sürətli olan C-tip USB port bütün yeni elektronik cihazların qoşulma qurğusunu bir yerə yığa biləcək. C-tip USB port əlaqəsinin 5V, 0.9A dəyəri vasitəsilə naqildən ötürülən enerji miqdarı daha yüksək olacaq. Bunun nəticəsində cihazların batareyası C-tip USB port ilə daha sürətli dolacaq. 24 pin quruluşa malik olan C-tip USB port naqilindən HDMİ və VGA çıxışı olaraq da istifadə edə biləcəksiniz.

Hər iki tərəfidə eyni olan C-tip USB port ilə bir cihazın batareyasını digəri ilə doldurmaq mümkündür. Məsələn: C-tip USB port girişi olan telefon ilə digər bənzər girişi olan telefonun batareyasını doldura biləcəksiniz.

Yeni bir texnologiya olan C-tip USB port girişinə malik cihazlar az olduğu məlumdur lakin 2016-cı ildə nümayiş etdirilən bir çox model C-tip USB porta malik olacaq.

General Mobile GM 5 Plus ilə başlayan və MWC 2016 sərgisindəki C-tip USB port dəstəkləyən cihazların ardından bəzi telefon markaları, tablet və bilgisayarlar bu port girişinə sahib olacaq.

2016-cı ildə yayılmağa başlayan bu port növü daha sürətli məlumat ötürməsi və tək bir port vasitəsilə fəqli çıxışları dəstəkləməsi, gələcəkdə C-tip USB port naqilindən geniş istifadə olunacağının xəbərçisidir.



Әlaqәli Xәbәrlәr