“BMW” şirkəti bazarın ən ağıllı avtomobilini istehsal etmək fikrindədir!

BMW şirkəti istehsal prinsipini tamamilə gələcək üzərinə qurub. Şirkət bu günə qədər istehsal olunmuş ən ağıllı avtomobil düşüncəsindədir.

448320
“BMW” şirkəti bazarın ən ağıllı avtomobilini istehsal etmək fikrindədir!

Almaniyanın nəhəng avtomobil şirkəti BMW elektrikli avtomobillərin necə sürətlə inkişaf etdiyini nəzərə alaraq bu sahədə ciddi işlər görmək istəyir. Bununla bağlı lazımlı işlər görməyə başlayan şirkət avtomobildə istifadə olunacaq süni ağıl layihəsinə başladığını qeyd edib. Şirkət rəhbərliyindən Klaus Fröhliç bildirib ki, ağıllı avtomobildə istifadə olunacaq bütün texnologiyanı özümüz istehsal etmək istəyirik. Belə etməsək biz də Apple kimi şirkətlərə avtomobilin metal qalığını göndərərək süni ağıl sistemləri ilə təmin etməsini gözləyən şirkətə çevrilərik.

BMW bu elektrikli avtomobil bazarına girərək digər şirkətləri qorxuya salmaq istəyir. Google və Apple kimi texnologiya nəhəngləri son vaxtlarda bu bazara ciddi vəsait ayıraraq öz avtomobillərini istehsal etməyə hazırdır. Bu rəqabətin uzun bir vaxt davam edəcəyi göz qabağındadır.

BMW məqsədi ən ağıllı avtomobili istehsal etməkdir. İndidən bir çox mühəndisi öz şirkətinə dəvət edən BMW tərkibində işləyən insanların sayını çoxaltmaq istəyir. Bu sahədə ciddi işlər görmək istəyən BMW bir çox şirkətlə ortaq işləmək fikrindədir.

Şirkətin məqsədi gələcəkdə bütün avtomobillərində istifadə edəcəyi süni ağılı ortaq bir nöqtədə birləşdirməkdir. Yəni ki, şirkət istehsal edəcəyi avtomobili bir növ ağıllı telefon kimi görür.

Görünür ki, şirkətin görəcəyi çox iş var. Lakin BMW şirkəti ağıllı avtomobil istehsalı üçün əlindən gələni edəcəyini bildirib. Şirkətin bu sahədə nə cür yeniliklər edəcəyi diqqət mərkəzindədir.



Әlaqәli Xәbәrlәr