Türkiyə 1 apreldə 4.5G-yə keçəcək

Türkiyə 1 Apreldə 4.5G-yə keçəcək. Türk Telekom fiber-optik sahədə ciddi addımlar atıb.

447507
Türkiyə 1 apreldə 4.5G-yə keçəcək

Dünyanın ən əhəmiyyətli və yüksək səviyyəli sualtı məlumatötürücü sistemini inşa edən SEAME- WE-5 cəmiyyətinə üzv ilk və yeganə Türk şirkəti Türk Telekom, bununla əlaqəli beynəlxalq su altı fiber-optik xətt döşəmə sisteminə Marmaris stansiyasını əlavə etdi.

Marmaris Limanında baş tutan Fiber-optik xətti döşəmə işləri nəticəsində: Asiyadan Avropaya, 20.000 kilometrdən uzun bir məsafə qəth edən sistem Türkiyəyə bağlandı.

Sunqapurdan Banqladeşə, BƏƏ və Misir daxil olmaqla cəmi 17 ölkəyə su altı fiber-optik xətti ilə qoşulan sistem, Noyabr ayında fəaliyyətə başlayacaq.

Türk Telekom Korporativ İş İdarəsi rəhbəri Mehmet Ali Akarca bildirib ki, bu layihə Avropa-Asiya xəttində qurulan ilk fiber-optik su altı qovşağıdır. Həmçinin yüksək keyfiyyətli səs və məlumat ötürülmə sistemiylə bu qovşaq digərlərindən çox irəlidədir. Bu sistemlə Türkiyənin dünya ilə rəqəmsal əlaqəsi güclənərək sürətlə artan məlumat ehtiyacını ən yüksək səviyyədə ötürǝ bilmə qabiliyyətinə malikdir. Bununla bərabər güclü yer üstü fiber-optik şəbəkəmizə bir də su altı şəbəkəmizi daxil etdik.

Türk Telekom İnternational rəhbəri Cengiz Öztelcan bildirib ki, Marmaris stansiyası Türkiyənin bölgədə bir telekomunikasiya körpüsü vəzifəsini icra etdiyini görmək qürur vericidir və hədəfimiz Türk Telekom missiyasını davam etdirərək ölkəmizi bölgənin ən vacib məlumat bazasına çevirməkdir.



Әlaqәli Xәbәrlәr