Həddindən artıq bilgisayar və telefon istifadəsi sizi tez qocaldar

Mütəxəssislərin yeni tədqiqatı göstərir ki, bilgisayar və telefonların yaydığı mavi işıq qocalmağı sürətləndirir.

444658
Həddindən artıq bilgisayar və telefon istifadəsi sizi tez qocaldar

Mütəxəssislərin yeni tədqiqatı göstərir ki, bilgisayar və telefonların yaydığı mavi işıq qocalmağı sürətləndirir.

Texnologiyanın sürətli inkişafından sonra hər evdə ən az 10 elektronik cihaz tapmaq mümkündür. Mobil telefonlar, internet ötürücülər və bilgisayarların istifadəsi getdikcə çoxalır. Bu cihazların yaydığı radiasiyadan və onun zərərlərindən hamımızın xəbəri var. Aparılan yeni bir tədqiqat sübut edib ki, telefon və bilgisayarların yaydığı radiasiyadan daha təhlükəli bir şüa var. Bu şüa “mavi" işıqdır.

Mavi işıq elektronik cihazların ekranında yerləşən və təsvirin yaranmasına kömək edən 3 təməl rəngdən biridir. Mavi işıq digər rənglər olan qırmızı və yaşıla nəzərən daha fərqli təsirlərə malikdir. Mavi işıq dalğaları spektrumvari olması səbəbilə gözə birbaşa sabitlənərək beyinə təsir edir və onu davamlı olaraq oyaq saxlayır. Yatmağa hazırlaşan vaxt istifadə etdiyiniz mobil cihazlar tərəfindən yayılan mavi işıq dalğaları insan beyninin sakitləşməsinə icazə verməyərək onun davamlı oyaq qalmasına səbəb olur. Bu səbəblə beyin yuxuya gedə bilmir.

Yuxusuzluq sizin üçün ciddi problem olmaya bilər lakin yuxusuzluğun insan bədəninə böyük zərərləri var və bunların ən ciddisi tez qocalmaqdır. Yuxu insan beynində ifraz olunan melatonin hormonunun səbəbilə yaranır. Yuxusuz qalan beyin yetəri qədər bu hormonu ifraz edə bilmir və bu səbəblə insan yorğun və halsız olur. Melatonin hormonu insanı gümrah vəziyyətdə saxlayır və dərini də qidalandırır. Bu hormonun azlığı qocalığa gətirib çıxardır.

Yuxusuzluğun digər bir təsiri isə maddələr mübadiləsinin düzgün işləməməsidir. Yuxusuz qalan insanın bədənində metabolizm qidaları düzgün formada mübadilə edə bilmir. Bu vəziyyət uzun bir vaxt davam edəndə mədəniz qida qəbul edərək kökəlmə probleminə çevriləcəkdir.

Bir sözlə, mobil cihazlarda, bilgisayarlarda və televizorlarda olan mavi işıq yuxusuzluğa və digər problemlərə qapı açır. Bu səbəblə mavi işıq dalğalarını yayan cihazları diqqətli bir formada istifadə etmək lazımdır. Mavi işığı tarazlayan proqramlar bu mövzuda sizə kömək edə bilər.



Әlaqәli Xәbәrlәr