Zəlzələni hiss edən “Seysmoqraf Telefon”!

Ağıllı telefon üçün nəzərdə tutulan bu yeni proqram təhlükəni əvvəlcədən xəbər verəcək.

443685
Zəlzələni hiss edən “Seysmoqraf Telefon”!

Ağıllı telefon üçün nəzərdə tutulan bu yeni proqram təhlükəni əvvəlcədən xəbər verəcək.

Zəlzələ insanlar üçün hələ də ən təhlükəli təbiət hadisələrindən biridir. Mütəxəssis Louis Şerier qeyd edir ki, zəlzələ vaxtı 5-10 saniyənin böyük mahiyyəti var. Bu vaxt ərzində xəstəxanaya və xilas edicilərə xəbər verilə bilər və bu insan həyatı üçün çox vacibdir.

Louis Şerier “Deutsche Telekom”un Kaliforniyadakı “Silicon Valley”də qurulan innovasiya labaratoriyasında işləyir. Mühəndis olan Şerier öz iş əməkdaşları və Kaliforniya Berkeley Universitetinin mütəxəssisləriylə gələcəkdə baş verəcək zəlzələlərdə daha az insan itkisinə kömək edəcək əməliyyat proqramı üzərində işləyirlər. Proqrama “my shake” yəni zəlzələm adı verilib.

Proqramın rəsmi təqdimatı Barselonadakı Mobil Dünya Konqresində keçirilir. Bir neçə gün əvvəl başlayan proqramın yoxlanışları bir il davam edəcək.

Şerier bildirib ki, biz sübut etmək istəyirik ki, ağıllı telefonlar da əvvəlcədən xəbərdarlıq edən digər mükəmməl sistemlər kimi özünə məxsus məlumat mərkəzinə sahib ola bilər. Telefonların sensorları zəif ola bilər. Bununla bərabər kütlənin sıxlığı bu məsələni tarazlaya biləcək.



Әlaqәli Xәbәrlәr