“Apple”ın gələcək üçün planı avtomobildir!

Tim Kuk “Apple” şirkətinin avtomobil layihəsi haqqında danışdı.

443897
“Apple”ın gələcək üçün planı avtomobildir!

“Apple” şirkətinin rəhbəri Tim Kuk son zamanlarda tez tez eşitdiyimiz “Apple” avtomobili haqqında deyilǝnlǝri cavablandırdı. Şirkət ortaqları ilə görüşdə danışan Kuk “FTB” və “Apple” arasındakı mübahisədə və şirkətin avtomobil layihəsi haqqında məlumat verib.

Sualları cavablandıran Tim Kuk qeyd edib ki, “Apple”ın avtomobil layihəsi yeni il bayramına bənzəyir. Necə ki, uşaqlar bayram ərəfəsində həyəcanlı olurlar və onlara gələn hədiyyələrindən xəbərsizdilər. Bizim şirkətin avtomobil layihəsi də buna bənzəyir. Biraz daha gözləməli olacaqsınız.

Görünür ki, “Apple” şirkətinin avtomobil layihəsi uzun bir vaxt şayiə olaraq qalacaq. Texnologiya həvəskarlarının bir çoxu “Apple” şirkətinin istehsal edəcəyi avtomobili Tesla avtomobilinə bənzədir. Tesla şirkətinin istehsal etdiyi elektrikli avtomobillər çıxdığı ilk gündən etibarən böyük həyəcana səbəb olmuşdu. Hər zaman rəqiblərindən bir addım öndə olan “Apple” görəsən avtomobil bazarında nələr edəcək?

Tim Kuk bildirib ki, əgər “Apple” bu layihəyə başlasa həddindən artıq vəsait ayırmaq lazım gələcək. Layihə üçün şirkət içində tədqiqat aparan bir neçə qruplar yaradılıb. Bütün bu xəbərlər bir neçə il sonra “Apple” avtomobilləri haqqında xəbərlər eşidəcəyimizin siqnalıdır.



Әlaqәli Xәbәrlәr