Satışına qadağa qoyuldu!

Amazon.com saytı son vaxtlar ən çox müzakirə olunan cihazı “hoverboard”ın satışını dayandırdı.

441643
Satışına qadağa qoyuldu!

Amazon.com saytı son vaxtlar ən çox müzakirə olunan cihazı “hoverboard”ın satışını dayandırdı.

Artıq bu cihazı almaq günü-gündən daha da çətinləşir.

Dünyanın ən tanınmış internet alış-veriş saytı Amazon.com çərşənbə axşamından etibarən "hoverboard"ların satışını dayandırdığını bildirib. Saytda sadəcə "hoverboardlar"ın təkərləri və logoları satılacaq.

ABŞ “İstehlakçıların hüququnu qoruma idarəsi” bildirib ki, əgər "hoverboard"lar təhlükəsizlik standartlarına uyğun olmasa “yanan cihazlar” səbəbilə təhlükəli hesab olunacaq. Amazon.com saytı da satışları bu qərara əsasən dayandırıb. Satıcılar tərəfindən alınan bu qərar, "hoverboardlar"ın azalan satışını daha da aşağı salacaq. İstehsal olunduğu ilk günlərdə böyük marağa səbəb olan cihaz baş verən yanma hadisələrindən sonra “təhlükəli” olaraq qələmə verilməyə başlandı. İlk yanma hadisələri 2015-ci ilin dekabr ayında baş vermişdi.

Yeri gelmişken qeyd edek ki, keçən ay amazon.com saytından "hoverboard" alanlar şirkət ilə əlaqə saxlayaraq cihazları geri qaytara biləcəklər.



Әlaqәli Xәbәrlәr