Ağıllı “zibil qutusu”

Ağıllı elektronik əşyalardan sonra sıra “ağıllı zibil qutusu”-ndadır.

440152
Ağıllı “zibil qutusu”

Ağıllı elektronik əşyalardan sonra sıra “ağıllı zibil qutusu"-ndadır.

Samsung şirkəti bir neçə gün əvvəl tanıtdığı Ağıllı soyuducudan sonra bizi təəccübləndirən yeni bir cihaz, ortaq şəbəkəyə qoşulan “ağıllı zibil qutusu" ortaya çıxdı.

Fransanın Sigfoks şirkətinin istehsalı olan ağıllı zibil qutusu əşyaların internet kateqoriyasına ucuz və batareya dostu olan yeni bir sistem olacaq.

Belə bir cihazın evlərdə istifadə olunub olunmayacağı sual altındadır lakin böyük şəhərlərdə hansı zibil qutusunun daha tez dolduğunu bildirmək məqsədilə bələdiyyə işçilərinin köməyinə çatacaq. Zibil qutusunun nə qədər dolduğunu göstərən ekranı olan bu sistem Sigfoks şirkətinin şəbəkəsinə də məlumat ötürəcək. Zibil qutusu tam dolanda bələdiyə işçilərinə xəbər veriləcək və beləliklə işçilərin hansı sahədə təmizlik aparacağı dəqiq xəritəylə bildiriləcək.

Böyük şəhərlərdə çox sǝrfǝli olacağı düşünülən bu sistem indidən Barcelona bələdiyyəsi tərəfindən 200 ədəd sifariş edilib.



Әlaqәli Xәbәrlәr