Meteor Atlantik okeanı üzərində partladı

Nəhəng meteor Atlantik okeanı üzərində atmosferə daxil olaraq Braziliyanın sahil zolağı boyunca yanaraq səmada partlayıb.

439239
Meteor Atlantik okeanı üzərində partladı

Nəhəng meteor Atlantik okeanı üzərində atmosferə daxil olaraq Braziliyanın sahil zolağı boyunca yanaraq səmada partlayıb.

Tədqiqatçılar bildirib ki, meteor 6 fevralda atmosfer səthinə daxil olub və 13.000 ton TNT bombası gücünə bərabər enerji sərf edərək partlayıb. Bu meteor 2013-cü ildən bǝridir atmosferə daxil olan ən nəhəng cisimdir. 2013-cü ildə Rusiyada Ural dağlarına düşən meteor minə yaxın insanın yaralanmasına səbəb olmuşdu. Yanan bir topa bənzəyən meteor havada sürətlə hərəkər edərək binaların pəncərələrini belə sındırmışdı. Urala düşən meteor 500.000 ton TNT gücünə bərabər idi.

Fevral ayında atmosferə daxil olan meteor okeana 30 kilometr mǝsafǝdǝ partladığından hiss olunmayıb. NASA-nın hesablamalarına əsasən hər il atmosferə 30-a yaxın meteor daxil olur. Dünya səthinin çox hissəsi su olduğu üçün meteorlar adətən okeanlara düşür və insanlara zərər verə bilmir.



Әlaqәli Xәbәrlәr