“Nokia” şirkəti telefon bazarına qayıtmaq üçün tələsmədiyini bildirib

“Nokia”sevərlər şirkətin yeni bazara yeni hədəflərlə qayıtmasını həyəcanla gözləyir, amma şirkət bu mövzuda tələsmədiyini bildirib.

437911
“Nokia” şirkəti telefon bazarına qayıtmaq üçün tələsmədiyini bildirib

“Microsoft” tərəfindən satın alınan şirkət bazardan çəkilmək məcburiyyətində qalmışdı. Digər şirkətlərin hər il 2-3 telefon tanıtması isə “Nokia”nın unudulmasına səbəb olmuşdu. Bu yaxınlarda “Nokia”nın “Microsoft” şirkəti ilə olan müqaviləsi bitdi və şirkət telefon bazarına qayıtmaq haqqı qazandı.

Yayılan xǝbǝrlǝrǝ görə “Nokia” bazara uyğunlaşmaq üçün “Blackberry” şirkəti kimi Android əməliyyat sistemli telefonlar istehsal etmək istəyir. Hətta “Nokia bazara möhtəşəm bir şəkildə qayıdacaq” sözləri eşidilirdi.

Lakin “MWC 2016” texnologiya sərgisində danışan şirkət rəhbəri Rajeev Suri bildirib ki, “Nokia”sevərlər biraz daha gözləməli olacaq. Suri qeyd edib ki, yeni bir telefonla bazara qayıtmağa tələsmirik. Xüsusi olaraq nǝzǝrǝ aldığımız bir vaxt yoxdur. Qayıtmaq üçün yeni iş ortaqları və yeni telefonlar üçün müzakirələrimiz davam edir.

Surinin bu sözləri xeyli vacibdir. Şirkət rəhbərinin qeyd etdiyi yeni ortaq və yeni telefon məsələsi ciddi bir iş getdiyinin nümunəsidir. Surinin sözü keçən yeni ortaqlar dediyi bəlkə də Android əməliyyat sisteminə keçmə həmlələrindən biridir. Bir neçə il əvvəl telefon bazarının nəhənglərindən olan “Nokia”şirkətinin öz sevənlərini nə ilə təəccübləndirəcəyi sual altındadır.



Әlaqәli Xәbәrlәr