Süleyman Demirel Universitetində Türkiyənin ilk nano-mühərriki ixtira edilib

“TÜBİTAK”-ın dəstək verdiyi layihədə Türkiyənin ilk nano-mühərriki ixtira edilib.

437169
Süleyman Demirel Universitetində Türkiyənin ilk nano-mühərriki ixtira edilib

SDÜ-də işləyən 10 nəfər, nano-mühərriklərin inkişafı məqsədilə “Biosensor ilə Nano Mühərrik Layihəsi” üzərində işləməyə başlayıb. “TÜBİTAK”-dan layihə üçün maddi dəstək alan universitet bir il davam edən tədqiqatların sonunda ilk yerli nano mühərriki ixtira edib.

Layihənin rəhbəri, SDÜ Fən-Ədəbiyyat Fakültəsi Fizika ixtisası müəllimi Prof. Dr. Lütfi Öksüz jurnalistlərə verdiyi müsahibədə bildirib ki, nano-mühərriklər bir saç teli ölçüsünün 200/1 böyüklüyünü təşkil edir. Nano-mühərriklər öz gücünü tərkibində olan mayedən əldə edir. Hissəciklərin daxilinə və xaricinə örtük çəkirik və hissəcik bunun vasitəsilə qaldığı mühitdəki maye və qazların köməyi ilə hərəkət edir. Hərəkət etdiyi üçün biz ona mühərrik deyirik. Bu cansız materiallar qat-qat örtülərək cürbəcür formalarda yenidən inkişaf etdirilir.

Nano-mühərriklərin tibb, ətraf mühit təyini və kənd təsərrüfatında istifadə olunacağını bildirən Öksüz qeyd edib ki, Nano-texnologiya bizə gələcəkdə köməyi olacaq bir elmi sahədir və bu səbəbdən onu öyrənərək bu sahəyə investisiya qoymaq bizim qabaqcıl planlarımızdandır. İnsan bədənində bu mühərikkləri xaricdən idarə edə bilirik. Maqnit sahəsi və ultrasonik dalğalar vasitəsi ilə mühərikkləri istədiyimiz yerə hərəkət etdirə bilirik və bu bizə xəstəliklərin əvvəlcədən təyinində lazımı köməyi göstərəcək. Bu hərəkət bizə eyni zamanda bədən daxilinə dərman yeridərək müalicədə böyük rol oynayacaq.”

Xüsusilə süd vəzi xərçənginin təyinində istifadə olunacaq nano-mühərrik ilk olaraq heyvanlar üzərində yoxlanılacaq.

Prof.Dr Ayşegül Öksüz qeyd edib ki, onlar kimyəvi reaksiyaların köməyi ilə nano-mükərrikləri fərqli istiqamǝtlǝrǝ və formala hərəkət etdirə biləcəklər.

Süleyman Demirel Universitetinin rektor müşaviri Mehmet Saltan bildirib ki, bu universitet texnologiyanın inkişafında böyük rol oynayıb və gələcəkdə səslərini dünyaya duyuracaqlar.



Әlaqәli Xәbәrlәr