“Google” şirkətinin “ Bütün dünyada pulsuz Wi-Fi” layihəsi

Google insanlıq tarixində öz izini qoyacaq pulsuz internet layihəsi Nyu-Yorkda baş tutacaq.

435952
“Google” şirkətinin “ Bütün dünyada pulsuz Wi-Fi” layihəsi

Google insanlıq tarixində öz izini qoyacaq pulsuz internet layihəsi Nyu-Yorkda baş tutacaq.

Google dünyanın bütün bölgələrinə sürətli və pulsuz internet xidməti layihəsini bu il həyata keçirəcək. İlk olaraq sentyabr ayında Nyu-York üçün nəzərdə tutulan layihə, GSM operatorlarının internetlərinə ehtiyac qalmadan ən uzaq bölgələrdə belə internet xidməti istifadə ediləcək.

“Google”-nin dəstək verdiyi “Sidewalk Labs” Nyu-Yorkdakı 10 min ədət köhnə telefon qovşağını İnternet paylaşma mǝrkǝzlǝrinǝ çevirəcək. Şirkət Nyu-Yorkda pulsuz internet xidməti göstǝrǝn “Control Group” və “Titan” kimi şirkətlərədə maddi dəstək verir.

Nyu-Yorkda yerləşən telefon qovşaqları sentyabr ayından etibarən uzun və iri tabletə bənzər ekranlara çevriləcək. İnsanlar bu stansiyalarda ölkədaxili pulsuz zənglər edərək həm də getdikləri yer haqda xəritə məlumatları əldə edə biləcəklər.

Stansiyaların ən vacib xüsusiyyəti isə 50 metr məsafəyə qədər sürətli və pulsuz internet xidməti göstərməsidir. Bu stansiyalar eyni zamanda reklam panosu olaraq istifadə ediləcək. Hələlik sadəcə Amerikada baş tutan bu layihə bir neçə il sonra bütün dünyada xidmət göstərəcək.



Әlaqәli Xәbәrlәr