Rusiyada Zika virusuna yoluxma halı qeydə alınıb

Rusiya İstehlakçıyı Qoruma Nazirliyindən verilən açıqlamada qadın xəstənin Dominikan Respublikasına səyahəti zamanı bu virusa yoluxduğu, hazırda isə səhhətinin yaxşı olduğu bildirilib.

433603

Qeyd edək ki, Zika virusu ilk dəfə 70 il əvvəl Uqandanın Zika meşələrində aşkarlanıb.

Virus son vaxtlar Cənubi Amerika ölkələrində sürətlə yayılmağa başlayıb.

Hətta Braziliyada təxminən 1.5 milyon insanın bu virusdan əziyyət çəkdiyi deyilir.

Avropa ölkələrindən İspaniyada isə 23 nəfərin bu virusa yoluxduğu bildirilir.

Bu virusun xüsusilə hamilə qadınlar üçün çox təhlükəli olduğu bildirilir.

Әlaqәli Xәbәrlәr