Britaniya alimləri ana südündən antibiotik hazırlayıblar

Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşları ana südündən yeni antibiotik hazırlayıblar. Bu preparat başqa dərmanların təsirinə davamlıdır.

424893
Britaniya alimləri ana südündən antibiotik hazırlayıblar

Alimlər ana südündə olan zülalın orqanizmin hüceyrələrinə ziyan vurmadan xəstəlik törədən bakteriya və viruslara dərhal hücum etməyi bacardığını aşkar ediblər. Ana südü hətta bağırsaq çöpünü və sarı stafilokoku məhv edir.

Bundan əvvəl Dünya Səhiyyə Təşkilatının həkimləri bildiriblər ki, dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə on milyon adam öləcək. Həkimlər qeyd ediblər ki, insanlar antibiotikləri adi dərman preparatları kimi həkim təyin etmədən qəbul edirlər. Antibiotiklərin dozasının artırılması ölümə səbəb ola bilər.



Әlaqәli Xәbәrlәr