Nəhəng günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji

Dekabrda Mərakeşdə böyük günəş elektrik stansiyasının fəaliyyətə başlaması gözlənilir.

422172
Nəhəng günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji

Stansiya panellərinin yerləşmə ərazisi ölkə paytaxtı Rabat şəhərinin ərazisi (600 kv.km) ilə eynidir. Kompleks tam gücü ilə fəaliyyətə başlayanda onun 1 milyon insanı elektrik enerjisi ilə təmin edəcəyi bildirilir.
Günəş istiliyindən duzun əridilməsi üçün istifadə ediləcək ki, o da öz növbəsində axşam vaxtı (əvvəlcə Günəş batandan 3 saat sonra, yekunda sutkada 20 saat) buxar turbinini enerji ilə təmin edəcək.
Günəş şüalarını toplayan parabolik güzgülər mobil olacaq ki, gün ərzində göy üzü ilə Günəşin hərəkətini izləmək mümkün olsun.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən elektrik stansiyasının inşası Mərakeş kralı VI Məhəmmədin ölkənin bərpa olunan enerji mənbələrindən enerji ilə təmini üzrə liderə çevrilməsi planının tərkib hissəsidir. Plana görə, 2020-ci ilədək enerjinin 42 faizi hasil olunacaq. Müqayisə üçün qeyd edək ki, Böyük Britaniyada bu göstərici 30 faiz təşkil edir. Mərakeş energetikanın inkişafı üzrə proqramı qəbul edəndə ölkə 98 faiz idxal edilən qazıntı yanacağından asılı olub.
“Biz əminik ki, iqlim dəyişikliyi ölkəmiz üçün əlavə imkandır”, - Mərakeşin ətraf mühitin mühafizəsi məsələləri üzrə naziri Hakim əl-Heytə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr