20 yaşlı türk tələbə ABŞ avtomobil dizaynı layihəsində 4-cü oldu

Amerika Birləşmiş Ştatlarında təşkil edilən "İlin layihəsi" adlı yarışmasına elektrikli zirehli avtomobil layihəsiylə qatılan 20 yaşlı tələbə Eyüp Ateş 540 iştirakçı arasından 4-cü olub.

415109
20 yaşlı türk tələbə ABŞ avtomobil dizaynı layihəsində 4-cü oldu

  Ateş bir çox ölkədən və hər yaşdan olan dizaynerlərin qatıldığı yarışmanın ictimai səsvermə bölümündə finalın 10-cu yerinə çıxıb. Son mərhələdə isə Münsiflər Heyəti tərəfindən Eyüp Atəş 4-cü olaraq Türkiyəyə dönüb.

  “Sərhəd” adını verdiyi zirehli və elektrikli avtomobillə böyük uğura imza atan Atəş layihəsində 5 fərqli proqramdan istifadə edib. Hibrit avtomobil tropik səhra, bataqlıq sahə və quruda getməyə uyğun olaraq hazırlanıb.
  Ətrafı zirehlə üzlənən maşının uzunluğu 6,5 metrdir. Şəhər içində hərəkətinə və daşıdığı yükə görə 6x6 və ya 6x4 xüsusiyyətlərinə keçə bilir.

  Layihəsini 4 aya tamamlayaraq ABŞ-dakı yarışmağa yolladığını bildirən gənc ixtiraçı: "Dərəcəyə girincə təkrar Amerikaya dəvət edildim. Ölkəmizi qürurla təmsil edəcəyəm. Xəyal qururam, istəyirəm və edirəm" deyir.

  Kiçik ikən oyuncaqlarını parçalayıb yeni oyuncaqlar hazırladığını deyən Eyüp Ateş layihələrlə bağlı bunları danışır: "İlk dəfə 9 yaşında layihə üzərində çalışmağa başladım. 3 Gen İdman Model Avtomobil Layihəsi və Biket Şəhəriçi Elektrikli Nəqliyyat Vasitəsi qrupuna daxil oldum. Yerli elektrikli avtomobil markası quraraq türklərin etməsi qeyri-mümkün iş kimi göstərilən bu sahədə layihə təqdim etdim. Dünyaya sübut və qəbul etdirmək istəyirəm ki, biz türklər bunu da bacarırıq".

  Qeyd edək ki, Eyüp Ateş 17 yaşındaykən də bir qrupla birlikdə yeni avtomobil dizaynı yaratmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr