İki Türk tələbəsi "Twitter Fliqht" a dəvət aldı

Onlayn sosial şəbəkə Twitter və Periscopeda tapdıqları sistem boşluqlarını yaratdıqları proqramla dolduran İstanbul Bahçeşehir Universitetinin (BAU) Proqram Mühəndisliyi Bölümünün 2 Türk tələbəsi Amerika Birləşmiş Ştatlarına dəvət edildi.

393097
İki Türk tələbəsi "Twitter Fliqht" a dəvət aldı


Batuhan Katırcı və Cihan Nalbant adlı tələbələri Twitterin yaradıcısı və prezidenti Jack Dorsey dəvət etdi.

Türk tələbələri şirkətin baş ofisinin yerləşdiyi San Franciscoda sənaye liderləri və dünyanın müxtəlif ölkələrindən gələn mühəndislərin iştirakı ilə 21 Oktyabrda keçiriləcək "Twitter Fliqht" tədbirində  iştirak edəcəklər.

Birinci kurs tələbəsi CihanNalbant ən böyük xəyalının reallaşdığını qeyd edərək: "Əzmlə çalışaraq bu uğura nail oldum. Mən məntiqi bir boşluq tapdım. Bu, reklamlar üçün hədəf kütlə tapma və bu kütlənin potensialını təhlil etməklə bağlı bir boşluq idi. Əslində, bu, bir illik işin nəticəsidir" dedi.

İkinci kurs tələbəsi Batuhan Katırcı da, Periscopeda  istifadəçi sıraları ilə manipulyasiya edilməsinə yol açan bir təhlükəsizlik boşluğu, həmçinin başqa istifadəçilər adından mesaj atılmasını təmin edə bilən bir boşluq tapdığını söylədi.

Katlrcı: "İkisi də çox əhəmiyyətli oldu və bir gecədə düzəltdilər. Gedəcəyimiz yerlərdəki insanlar sosial media üçün əhəmiyyətli işlər görmüş insanlardır. İşimizə davam edəcəyik" deyə danışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr