"Sirrli planet" Pluton

NASA "Sirrli planet" olaraq bilinən Plutonun yeni fotoşəkillərini nümayiş etdi

390566
"Sirrli planet"  Pluton

NASA "Sirrli planet" olaraq bilinən Plutonun yeni fotoşəkillərini nümayiş etdi
Kosmos vasitəsi "New Horizons" tərəfindən çəkilən fotoşəkillərdə, Plutondan mavi bir səma və qırmızı buz kütlələrinin olduğu görülür.
New Horizons kosmik gəmisi Plutona ən yaxın məsafədə çatdı.  Bu foto indiyə  kimi Plutonun ən yaxın və dəqiq görüntüsüdür. New Horizons günəş sistemindəki səfərinə 19 Yanvar 2006-da Floridadakı Cape Canaveral kosmos bazasından saatda 58536 kilometr sürətlə irəliləyərək başlamışdı. Plutonun daha əvvəlki görüntülərini Habbl Kosmik Teleskopu çəkmişdi.

New Horizons qrup lideri Dr. Alan Stern planetdəki mavi səmanın ətrafındakı dumanlı layın böyüklüyü və quruluşu haqqında məlumat verə biləcəyini söylədi.
Plutonun daha əvvəl nümayiş olunan fotoşəkillərində planetin səthində qum təpəcikləri olduğu sanılan yüksekliklǝr ,vadilər, üzən buz kütlələri və ətrafında dumanlı bir lay görülmüşdü.
Araşdırmaçılar Plutondan dağ bənzəri strukturların olduğunu və buzlarla qablı dağların 3400 metrlik yüksəkliyə sahib olduğunu açıqlamışdı. Dağların yaşının 100 milyon ildən daha gənc olduğunu təxmin edən araşdırmaçılar;

-"Bu  cücə planetin geoloji olaraq aktiv olduğunu göstərir" qiymətləndirməsi etmişdi.
Günəş sistemindəki səfərinə 19 yanvar 2006-cı ildə Floridadakı Cape Canaveral kosmos bazasından göndərilən  New Horizons 9 il 6 aydır vəzifə yerinə yetirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr