"WhatsApp" a görə həyatınızı təhlükəyə atmayın

Mütəxəssislər ölümcül yol qəzalarının artmasında mobil telefonların rolunu vurğuladılar.

387643
"WhatsApp" a görə həyatınızı təhlükəyə atmayın

Son tədqiqatlar mobil telefonların asılılıq yaratma potensiyalına malik olduğunu göstərir. Bu isə sükan arxasında real təhlükəyə çevrilir.
Duisburg-Essen Universitetindən yol qəzaları üzrə tədqiqatçı Michael Schreckenberg yol qəzalarında böyük artım olabiləcəyi xəbərdarlığını edib. Schreckenberg hər il 2 milyon 400 min yol qəzasının 300 mininin internet bağlantısı olan mobil telefonlar üzündən baş verdiyini qeyd edib.
Tədqiqatçı, xüsusilə, sükan arxasında WhatsApp mesajlarını oxuyub-yazmanın qəzatörədici faktorlar içərisində ən təsirlilərdən biri olduğuna işarə edib. Mesaj yazıb-oxumanın təhlükəni 20 dəfədən çox artırdığı müəyyən olunub.
Alman nəqliyyat klubu ADAC hər on qəzadan birinin diqqətin bir anlıq yayınmasının nəticəsi olduğunu bildirib.
ABŞ-da aparılan tədqiqatlar maşını idarə edərkən telefonla danışmanın qəza təhlükəsini 6 dəfə, qısa oxuma və yazmanın isə 20 dəfəfdən çox artırdığını aşkar edib. Mütəxəssislər
 smartfonu əllərindən yerə qoymayan gənc sürücülərin xüsusilə təhlükə altında olduqlarını vurğulayıblar.
Sükan arxasında mətn oxuyub-yazmanın telefonla danışmaqdan daha təhlükəli olduğu bildirilir. Smatrfondan istifadə etməni “epidemiya” olaraq xarakterizə edən mütəxəssislərin gəldikləri nəticələrə görə, maşın sürərkən qısa bir mesaj yazan insan, qanında 1,1 promil spirtli olan sürücünün reaksiyalarını verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr